PSJ klubu qələbəyə görə mükafatı rəqibinə bağışladı

  • 07 Apr - 2017
Fransanın PSJ klubu ölkə kubokunun 1/4 final mərhələsində “Avranş”a qalib gəldiyi üçün nəzərdə tutulan mükafatdan imtina edib. “L'Equipe” nəşrinin verdiyi məlumata görə, Paris təmsilçi qalibiyyətə görə əldə etməli olduğu 200 min avronu III divizionda mübarizə aparan rəqibinə bağışlayıb. “Avranş”ın prezidenti Jilber Qeran bu jestə görə PSJ-yə minnətdarlığını çatdırıb. O bildirib ki, rəqib ən xoş sözlərə layiqdir: “Bu, səxavətli bir jestdir. Kluba, onun məşqçilərinə və oyunçularına hörmətlərinə görə minnətdarıq. Onlar malik olduqları hər şeyə layiqdirlər”. Qeyd edək ki, PSJ Fransa kubokunun yarımfinalında “Monako” ilə qarşılaşacaq.
APA

Oxunma sayı: 198

Oxşar yazılar