“Mənim bankdakı pulumun qədərini niyə palata bilməlidir?” – Deputat

  • 07 Apr - 2017
Millət vəkili Əli Məsimli "Banklar haqqında” qanunun müzakirəsi zamanı çıxış edib.
Avropa.info "Qafqazinfo” ya istinadən xəbər verir ki, o, çıxışında qeyd edib ki, qanunla Maliyyə Bazarlarına Nəzarət Palatasının bununla xeyli səlahiyyət verilir: " Ancaq biz hüquqi dövlət qururuq. Kim deyə bilər ki, Palata ona verilən səlahiyyətdən sui-istifadə etməyəcək? Axı, belə bir qarantiya yoxdur”.
Eyni  zamanda millət vəkili təklif edib ki, əgər banklar hər hansı addım atmaq istəyirlərsə, 1000 dollara qədər olan kreditləri may ayının 28-dək bağlasınlar: "Hökumət də bunu görsün və uyğun addım atsın”.
Millət vəkili Qüdrət Həsənquliyev isə bankların müştərilərininin sirlərinin açılmasına etiraz edib. Eyni zamanda, bu sirləri açacaq səlahiyyətlərin Palataya verilməsini kəskin pisləyib.
"Mənim bankda nə qədər pulum varsa, niyə bunu Palata bilməli və kimlərəsə deməlidir? Əgər şübhələr olarsa, bunu hüquq-mühafizə orqanları araşdıra bilər. Burada bank sirləri qorunmalıdır. Belə olarsa, hamı pullarını aparıb İsveç banklarında saxlayacaq. Prezident isə çıxışında vurğulayır ki, hər kəs əmanətlərini ölkə banklarında saxlamalıdır. Ancaq Palataya verilən səlahiyyət bunun əksini deyir”.
Millət vəkili çıxışında həmçinin məhkəmə qərarı olmadan bankın lisenziyasının ləğv olunması səlahiyyətlərinin də Palataya verilməsinə də etiraz edib: "Bununla nə etmək istəyirik?”

Oxunma sayı: 374

Oxşar yazılar