Qadir İbrahimli: "Dağıstanda baş verənlər biznes maraqlarından doğan məsələdir"

  • 06 Apr - 2017
Dağıstanda TIR sürücülərinin martın 27-dən bəri “Platon sistemi”inə etiraz olaraq başlatdıqları tətil Azərbaycandan Rusiyaya və geriyə yükdaşımalara ciddi zərbə vurub. Bəs bu Azərbaycandakı iqtisadiyyata və qiymətlərə təsir göstərəcəkmi ? Avropa.info-ya açıqlamasında iqtisadçı ekspert Qadir İbrahimli bunun ciddi siyasi konfilktlərin nəticəsi olmadığını düşündüyünü bildirib. Q.İbrahimli hesab edir ki, bu, hansısa biznes maraqlarından doğan bir məsələdir: Düşünürəm ki, bu yaxında bu məsələ öz həllini tapacaq”. Daha sonra iqtisadçı ekspert qeyd edib ki, Dağıstanla hələ ki, hansısa siyasi bir layihə yoxdur: “Prinsipcə, Dağıstan həm iqtisadi baxımdan, həm dini baxımdan həm də, gərginlik baxımından həmişə qaynar bir region olub". İsmayıl İslamoğlu Avropa.info

Oxunma sayı: 275

Oxşar yazılar