Nazir: "Azərbaycan "Bakı-2017"nin yüksək səviyyədə keçirilməsi üçün bütün işləri görür"

  • 06 Apr - 2017
Azərbaycanda keçiriləcək "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məsələlər vaxtında həll olunur, bu gün heç bir problem yoxdur. Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu gənclər və idman naziri, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib. A.Rəhimov bildirib ki, İslam Həmrəyliyi İdman Federasiyasının Bakıda keçirilən 25-ci İcraedici kollegiya iclasında mühüm məsələlər müzakirə olundu. A.Rəhimov qeyd edib ki, Azərbaycan bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işləri görür.

Oxunma sayı: 165

Oxşar yazılar