Azərbaycan yığması Dünya Kubokundan imtina etdi

  • 04 Apr - 2017
Stend atıcılığı üzrə Azərbaycan millisi daha bir yarışdan imtina edib. Snayperlərimiz aprelin 28-dən mayın 8-dək Kiprdə keçiriləcək Dünya Kubokuna qatılmayacaqlar. Artıq Beynəlxalq Atıcılıq İdmanı Federasiyası bunu rəsmi saytında da açıqlayıb. Belə ki, yarış üçün 63 ölkə qeydiyyatdan keçsə də, onlar arasında Azərbaycan yoxdu. Qeyd edək ki, ölkəmiz son aylar heç də beynəlxalq səviyyəli yarışların hamısına qatılmır. Misal kimi, bir gün öncə ağırlıqqaldıranlarımızın Avropa çempionatından imtinasını və ya ötən həftə karateçilərimizin səfərə öz hesabına yollanmasını göstərmək olar. (APA)

Oxunma sayı: 253

Oxşar yazılar