Baş direktor: "TANAP üzrə işlər vaxtından əvvəl başa çata bilər"

  • 03 Apr - 2017
Transanadolu boru kəməri (TANAP) layihəsi üzrə işlər vaxtından əvvəl başa çata bilər. Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. S.Düzyol qeyd edib ki, layihə üzrə proqnozlaşdırılan xərclər hazırda 3,2 milyard dollar azalıb: "Artıq TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Eskişehirədək olan hissəsində tikinti işlərinin 77 faizi yekunlaşıb. Biz boru kəmərinin 2017-ci ilin sonunadək istismara verilməsinə çalışırıq. Növbəti altı ay ərzində isə boru kəmərinin istifadəyə verilməsi işləri çərçivəsində bir çox sınaqlar keçirməyi planlaşdırırıq. Biz TANAP üzrə ilk qazı 2018-ci il iyunun sonuna çatdırmağı nəzərdə tuturuq". Baş direktor bildirib ki, TANAP, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə işlər qrafikə uyğun aparılır: "Biz 2019-cu ilin ortalarına Avropaya qaz tədarükünü təmin edə biləcəyik".

Oxunma sayı: 264

Oxşar yazılar