“Qarabağ”ın oyunu Respublika stadionunda keçiriləcək

  • 30 Mar - 2017
Azərbaycan Premyer Liqasının XXIV turunun "Qarabağ" - "Kəpəz" matçının yeri dəyişdirilib. Avropa.info goal.az-a istinadən xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Öncədən qarşılaşmanın "Azərsun Arena"da baş tutması planlaşdırılmışdı. Lakin stadionun ot örtüyündə problem yarandığına görə matç ölkənin bir nömrəli arenasına keçirilib. Qeyd edək ki, aprelin 2-də keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Oxunma sayı: 264

Oxşar yazılar