Kliçko boksla vidalaşır

  • 28 Mar - 2017
Üç versiyada superağır çəkidə boks üzrə sabiq dünya çempionu Vladimir Kliçko Kiyevin “Olimpiyski” stadionunda vida görüşü keçirmək istəyir. Avropa.info xəbər verir ki, bu arena çempion döyüşlərinin keçirilməsi üçün bütün tələblərə cavab verir. Kliçkonun fikrinə görə, Almaniyanın ən yaxşı stadionlarından heç də dala qalmır və burada vida görüşü keçirmək simvolik olardı. Xatırladaq ki, britaniyalı Tayson Füriyə məğlub olan Kliçko 2015-ci ilin noyabrından rinqə çıxmayıb. Bu döyüşdən sonra o üç çempion titulunu itirmişdi. Boks veteranı növbəti görüşünü 29 apreldə Londonun “Uembli” stadionunda İBF üzrə boks çempionu Entoni Coşuya qarşı keçirəcək. Ümumilikdə Kliçko karyerası boyu 68 döyüş keçirib. 64 qələbə (53 nokaut) 4 məğlubiyyət qazanıb.

Oxunma sayı: 308

Oxşar yazılar