Məşhur döyüşçümüz qələbəsini şəhidlərə həsr etdi – Video

  • 28 Mar - 2017
Peşəkar kikboksçumuz Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində qalib olub. Müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov Avropa.info-ya açıqlamasında qələbəsini torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş qəhrəman qardaş və bacılarımızın əziz ruhlarına həsr etdiyini deyib. “Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turnirində rəqibim üzərində qələbə qazandım. Daim bizə öz dəstəyini göstərən, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevə və federasiyasının rəhbər heyətinə dərin minnətdarlıqlarımı bilidirirəm. Kikboksçu olmağımla qürur duyuram. Federasiyamızın uğurları davam edir. Beynəlxalq uğurlarımızla yanaşı, ilk dəfə olaraq kadetlər və yeniyətmələr arasında Azərbaycan birinciliyi böyük coşqu və izdihamlı keçdi. Bundan sonra da uğurlarımız davam edəcək. Bildiyiniz kimi, aprel hadisələrinin ildönümü yaxınlaşır. Qələbəmi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan qəhrəman qardaş və bacılarımızın əziz ruhuna həsr edirəm. Uğurlarımızın arxasında onların torpaqlarımız uğrunda axan qanları durur”,-deyə idmançı bildirib. Qeyd edək ki, “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli (Mix-Fight) kikboksçular qatılıb. X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunmuş döyüşündə də inamlı təsir bağışlayaraq almaniyalı rəqibi, MMA döyüşçüsü Fabian Wosnitza üzərində təmiz qələbə qazanıb. Xatırladaq ki, ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı. https://www.youtube.com/watch?v=fvtmq-NN6KI

Oxunma sayı: 407

Oxşar yazılar