Alman baş məşqçi Azərbaycan yığması haqqında: "Norveçi məğlub edən komanda, elə-belə komanda deyil"

  • 27 Mar - 2017
Dünən Azərbaycan və Almaniya futbol yığmaları arasında Bakıda qonaqların xeyrinə 4-1 başa çatan qarşılaşmadan sonra Almaniya milli yığmasının baş məşqçisi Yoahim Löv jurnalistlərlə söhbətləşib.
 
Avropa.info Virtualaz.org-a istinadən xəbər verir ki, Yoahim Löv Azərbaycan yığmasının qapısından 4 qol buraxmasına baxmayaraq əvvəlki dövrlərə baxanda daha yaxşı futbol nümayiş etdirdiyini deyib. Eyni zamanda öz komandasının nümayiş etdirdiyi oyuna tənqidi yanaşıb.
"Komanda çox da xoşuma gəlmədi. Sayıqlığı əldən verdik, hesab 1:1 oldu. Səhvlər var idi. Tam fərqli Azərbaycan yığması gördüm, 5 və ay 8 il əvvəlki komanda deyil. Baş məşqçi işi özünü göstərir. Azərbaycan millisini tərifləmək istərdim. Norveçi məğlub edən komanda, elə-belə komanda deyil. Komandamızın lider futbolçularına təşəkkür edirəm. Kiçik futbol ölkələrinə qarşı hər zaman çətin olur. Bu cür rəqiblərə qarşı konsentrasiya asan deyil»-Yoahim Löv bildirib.
Baş məşqçi deyib ki, Almaniya yığması Dünya Çempionatının indiki seçmə oyunlarında hələ qapısından qol buraxmamışdı. İndi Azərbaycanla oyunda ilk qolu buraxdı. Əlbəttə, istərdim ardıcıl 8-ci oyunda da qol buraxmayaq. Hiss edirəm ki, Azərbaycan inkişaf edir. Qoldan öncə də yaxşı təsir bağışlayırdılar. Topla yaxşı davranırlar. Azərbaycan futbolu iri addımlarla irəliləyir”-alman baş məşqçi deyib.

Oxunma sayı: 209

Oxşar yazılar