2018-ci il DÇ-nın seçmə qrup matçlarının tarixi məlum oldu - Cədvəl

  • 24 Mar - 2017
Avropa zonasında futbol üzrə 2018-ci il dünya çempionatının növbəti seçmə qrup matçları keçiriləcək. Bu gün start götürəcək V turun ilk oyun günündə D, G və I qruplarında yer alan komandalar üz-üzə gələcəklər. Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun Türkiyə - Finlandiya qarşılaşmasıdır. 5 xalla 4-cü pillədə qərarlaşan Fatih Terimin komandasını mundiala vəsiqə qazanmaq şansını əldən verməmək üçün ev oyununda 3 xal qazanmalıdır. D qrupunun lideri İrlandiya Uelsi qonaq edəcək. Serbiya isə səfərdə Gürcüstanla görüşəcək. I qrupunun iddialıları İtaliya və İspaniya yığmaları növbəti matçlarını evdə keçirəcəklər. Sözügedən kollektivlər müvafiq olaraq, Albaniya və İsrail milli komandalarını qəbul edəcəklər.  2018-ci il dünya çempionatı Avropa zonası, V tur 24 mart D qrupu 21:00 Gürcüstan – Serbiya 23:45 Avstriya – Moldova 23:45 İrlandiya – Uels
N Komandalar O Q H M T/F X
1 İrlandiya 4 3 1 0 7-3 10
2 Serbiya 4 2 2 0 9-5 8
3 Uels 4 1 3 0 8-4 6
4 Avstriya 4 1 1 2 6-7 4
5 Gürcüstan 4 0 2 2 3-5 2
6 Moldova 4 0 1 3 2-11 1
G qrupu 23:45 İtaliya - Albaniya 23:45 Lixtenşteyn - Makedoniya 23:45 İspaniya - İsrail
N Komandalar O Q H M T/F X
1 İspaniya 4 3 1 0 15-1 10
2 İtaliya 4 3 1 0 11-4 10
3 İsrail 4 3 0 1 8-5 9
4 Albaniya 4 2 0 2 4-6 6
5 Makedoniya 4 0 0 4 4-11 0
6 Lixtenşteyn 4 0 0 4 1-16 0
I qrupu 21:00 Türkiyə - Finlandiya 23:45 Xorvatiya - Ukrayna 23:45 Kosovo – İslandiya
N Komandalar O Q H M T/F X
1 Xorvatiya 4 3 1 0 10-1 10
2 Ukrayna 4 2 2 0 7-3 8
3 İslandiya 4 2 1 1 6-5 7
4 Türkiyə 4 1 2 1 5-5 5
5 Finlandiya 4 0 1 3 3-6 1
6 Kosovo 4 0 1 3 1-12 1
Report

Oxunma sayı: 264

Oxşar yazılar