Tovuzda ağır qəza - Yaralıların sayı 9-a çatdı

  • 19 Mar - 2017
Səhər saatlarında Tovuz rayonunda yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuzçay üzərindəki körpüdə qeydə alınıb. Belə ki, yüksək sürətlə hərəkət edən "VAZ-21011" markalı avtomobil "VAZ-21011" markalı avtomobillə toqquşub. Tovuz rayonunda baş vermiş yol qəzasında xəsarət alanların sayı 9-a çatıb. "Report"un Qərb bürosunun məlumatına görə, xəsarət alan şəxslər Tovuz rayon Bayramlı kənd sakini, 1963-cü il təvəllüdlü Zahid Haçıyev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Qasımov, Bakı şəhər sakini, 1983-cu il təvəllüdlü Gündüz Məhərrəmov, Bayramlı kənd sakini, 1984-cü il təvəllüdlü Samir Paşayev, Bayramlı kənd sakini, 1967-ci il təvəllüdlü Azadə Cəfərova, Tovuz rayon sakini, 1956-cı il təvəllüdlü Afət Axundova və onun baçısı Mətanət Axundovadır. Digər iki yaralının vəziyyəti yüngül olub.
Report

Oxunma sayı: 209

Oxşar yazılar