"Neftçi" "İnter"lə oyuna 1949-1950-ci illərin forması ilə çıxıb - Video

  • 18 Mar - 2017
"Neftçi" komandası Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter"lə baş tutan oyunda 80 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. "Report"un məlumatına görə, saat 19:37-də başlanan qarşılaşmaya flaqmanın futbolçuları sovet dövründə olduğu kimi, 1-dən 11-dək nömrəli formalarla məşhur "Futbol marşı"nın sədaları altında çıxıblar. Formalar isə komandanın 1949-1950-ci illərdə geyindiyi görkəmdə, qapıçı isə kepkada olub. Topa ilk zərbəni Kazbek Tuayevlə Çingiz İsmayılov endirib. Onlar meydanın mərkəzində topla fint də ediblər. https://www.youtube.com/watch?v=POESAe3tuZM

Oxunma sayı: 253

Oxşar yazılar