"Fənərbağça"nın futbolçusu oyun zamanı əlini qırıb – Video

  • 18 Mar - 2017
Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Fernandao "Konyaspor"la Super Liqanın XXV tur matçında əlini sındırıb.
Avropa.info "Report"a istinadən xəbər verir ki, 33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. Meydana isə Robin van Persi daxil olub. Qeyd edək ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş "Konyaspor"un qələbəsi ilə yekunlaşıb - 3:2. https://www.youtube.com/watch?v=3iSo2IQhZog

Oxunma sayı: 220

Oxşar yazılar