İnquşetiyada FTX-nin binasını qumbaraatanla vurdular

  • 17 Mar - 2017
Keçən gecə Rusiyanın tərkibinə daxil İnquşetiya muxtar respublikasında FTX-nin binası qumbaraatanlardan atəşə tutulub. Avropa.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib. Hadisə nəticəsində heç kəsin xəsarət almadığı deyilir. Binanı atəşə tutanlar qaçıb gizlənə biliblər. Hal-hazırda təhlükəsizlik orqanları onların axtarışını aparır. Binaya ciddi zərər dəydiyi bildirilir. Raketin100 metr məsafədən RŞQ-2 qurğusundan atıldığı deyilir. Binanın ikinci mərtəbəsinin divar dağılıb. Rusiya FTX-i gecə ilə “Qala” əməliyyatı keçirib.

Oxunma sayı: 297

Oxşar yazılar