"Biz nə bilək ki, oyun qumara qoyulacaq" – Rövnəq Abdullayev

  • 15 Mar - 2017
Martın 10-da Azərbaycan I divizionunda XIX turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan "Göyəzən" - "Şərurspor" matçının nəticəsinin şübhəli olduğu ilə bağlı xəbərlər yayılmışdı. Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, artıq həmin qarşılaşmanın nəticəsinin əvvəlcədən razılaşdırıldığı rəsmən təsdiqlənib. Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev hesabat seçki konfransında deyib: "Bəli martın 10-da keçirilən "Göyəzən" - "Şərurspor" matçı satılıb. Biz hardan bilə bilərdik ki, Qazaxda keçirilən oyun qumara qoyulacaq. Məsələ ilə bağlı ciddi tədbirlər görəcəyik". Abdullayev qarşılaşmanın qumara qoyulması ilə bağlı UEFA-dan məktub alqıqlarını və müvafiq tədbirlər görəcəklərini bildirib.

Oxunma sayı: 286

Oxşar yazılar