Məhkəmə Şakro Molodoyun həbs müddətini uzatdı

  • 14 Mar - 2017
Moskvanın Tverskoy məhkəməsi Rusiya kriminal aləminin “1 nömrəli avtoriteti", Şakro Molodoy ləqəbli Zaxari Kalaşovun həbs müddətini uzadıb. Avropa.info xəbər verir ki, Rusiyanın “Life” saytının məlumatına görə, həbs 15 iyun tarixinədək uzadılıb. Şakro Molodoyla birgə 8 milyon rubl pul qoparmaqda ittiham olunan daha üç nəfər həbsdə qalacaq. Onlar Gerson Həmidov, Nikolay Nikolayev, Saveli Qonoviçyevdir. Qeyd edək ki, Şakro Molodoy 2015-ci ilin 14 dekabrında Roçdelski küçəsində baş verən atışmada günahkar bilinir. İnsident zamanı iki nəfər həlak olmuşdu.

Oxunma sayı: 308

Oxşar yazılar