Rusiya Poroşenkonun şokolad fabrikinə qoyulan həbs müddətini uzatdı

  • 14 Mar - 2017
Moskvanın Basman rayon məhkəməsi Lipetsk şəhərində yerləşən “Roshen” fabrikinin əmlakına qoyulan həbs müddətini uzadıb. Avropa.info xəbər verir ki, Roshen şirkəti Ukrayna prezidenti Pyotr Poroşenkoya məxsusdur. Məhkəmə həbs qərarını 13 iyuna qədər uzadıb. Şirkətin açıqlamasında bildirilir ki, məhkəmə iqtisadi və siyasi səbəblərdən belə qərar verib. Fabrikin istehsalının dayandırılması məsələsi isə 2017-ci ilin aprel ayına nəzərdə tutulub. “Roshen” şirkətinin direktoru Vyaçeslav Moskalevski deyib ki, şirkətin Rusiya aktivləri 200 milyon dollara satışa qoyulub. Rusiya ilə münasibətlərin pisləşməsindən sonra fabrikin istehsalat gücü 4 dəfə aşağı düşüb.

Oxunma sayı: 143

Oxşar yazılar