Azərbaycanda dərmanların onlayn axtarışı mümkün olacaq

  • 07 Mar - 2017
Azərbaycanın "Online Group” startap şirkəti bu ilin sonunadək "Onlayn-aptek” modulunu "Doctormap” sisteminə inteqrə edəcək.
Avropa.info-nun xəbərində bildirilir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Bu modul apteklərin məlumat bazalarında dərmanların sadələşdirilmiş axtarışını təmin edəcək. İstifadəçi ona lazım olan preparatların qiymətlərini müqayisə edə biləcək.
Bundan başqa, dərmanların ünvana çatdırılması xidməti də mövcud olacaq.

Oxunma sayı: 319

Oxşar yazılar