2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başladı

  • 06 Mar - 2017
Bu gün Bakıda 2 saylı "ASAN Kommunal" mərkəzi fəaliyyətə başlayıb. Avropa.info xəbər verir ki, Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlar mərkəzin xidmətlərindən istifadə edə biləcəklər. 2 saylı "ASAN Kommunal" mərkəzində "Azərişıq", "Azərsu" və "Azəriqaz" tərəfindən 45 növ xidmət göstəriləcək. Yaxın gələcəkdə Bakıda, Ukrayna dairəsi yaxınlığında 3 saylı "ASAN Kommunal" mərkəzinin açılması planlaşdırılır. Qeyd edək ki, 10 fevral 2017-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı "ASAN Kommunal" mərkəzin rəsmi açılışı olub.

Oxunma sayı: 209

Oxşar yazılar