Türkiyədə qəzaya uğrayan Əsəd rejiminə məxsus təyyarənin pilotu tapıldı - Video

  • 05 Mar - 2017
Türkiyə ilə sərhəddə qəzaya uğrayan Suriyaya məxsus "MiQ-23" qırıcı təyyarəsinin pilotu tapılıb. "Haberturk" xəbər verir ki, təyyarəçi qəza yerindən 500 metr aralıda talılıb.bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Pilotun xəsarət aldığı ehtimal olunur. O, hadisə yerindən "təcili yardım" xərəyində aparılıb. Təyyarə martın 4-də qəzaya uğrayıb. Onun qalıqları Türkiyə əyaləti ərazisində aşkar edilib, qəza faktını isə Türkiyənin baş naziri Binəli Yıldırım təsdiq edib.
Report
[embed]https://www.youtube.com/watch?v=1zulS38MiIk[/embed]

Oxunma sayı: 198

Oxşar yazılar