Ukrayna və Rusiya arasında iş üzrə beynəlxalq məhkəmə prosesi başlayacaq

  • 04 Mar - 2017
Martın 6-dan 9-dək Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (BMT Beynəlxalq Məhkəməsi - red.) Ukraynanın Rusiyaya qarşı iddia ərizəsi üzrə məhkəmə iclası olacaq.   Bu barədə "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir.   Xatırladaq ki, Ukrayna yanvarın 16-da terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə Konvensiyanın və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın şərtlərinin pozulması ilə bağlı Rusiyaya qarşı iddia qaldırıb. Müvəqqəti tədbirlər müvəqqəti məhkəmə qadağası kimi bir sanksiyadır. Onların məqsədi məhkəminin mübahisə üzrə yekun qərar qəbul etməsinə qədər vəziyyətin dondurulmasıdır.

Oxunma sayı: 198

Oxşar yazılar