İranda kimsəsizlər qəbirlərdə məskunlaşdı – Dəhşətli fotolar

  • 04 Mar - 2017
Tehranda kimsəsiz insanların qəbirlərdə məskunlaşması böyük səs-küyə səbəb olub.
Kimsəsiz insanların qəbirlərdə məskunlaşmasının şəkilləri Shahrvand qəzetində dərc edilib. Artıq yerli xeyriyyə fondları qəbirlərdə məskunlaşan insanlara yardım göstərməyə başlayıblar. Bu insanlar əksəriyyəti psixi pozğunluqdan və ya nakotika aludəçiliyindən əziyyət çəkirlər. İranın məşhur kino rejissoru Əsqar Fərhadi prezident Həsən Ruhaniyə açıq məktub ünvanlayıb. Prezident Ruhani isə İran kimi nəhəng bir dövlətdə kimsəsizlərin qəbirlərdə məskunlaşmasının yolverilməz olduğunu bəyan edib. Bu arada, İranın Səhiyyə nazirliyi əhalidə narkotik vasitələrdən asılılığın artıdığını bəyan edib. Nazirlik buna əsas səbəb kimi Əfqanıstan ərazisindən heroinin asand əldə olunmasını göstərir. Aznews.az

Oxunma sayı: 209

Oxşar yazılar