Almaniyadan növbəti qalmaqallı addım - Parlament Türkiyədəki referendumun əleyhinə təbliğata başladı

  • 04 Mar - 2017
Almaniya parlamenti Bundestaqın dərc etdiyi həftəlik “Das Parlament” qəzeti bu həftəki sayında Türkiyədəki ümumxalq səsverməsinin əleyhinə təbliğat aparıb. Avropa.info xəbər verir ki, həftəlik dərc olunan və birbaşa parlamentinin yayımladığı “Das Parlament” qəzetinin 27 fevral 2017-ci il tarixli sayı xüsusi “Yeni Türkiyə” mövzusu ilə dərc edilib. 20 səhifəlik qəzetin demək olar ki, böyük hissəsi Türkiyədəki ümumxalq səsverməsindən bəhs edib. Qəzetdə alman siyasətçilər, yazıçılar, alimlər tərəfindən açıq şəkildə aprel ayında keçiriləcək referendumun əleyhinə təbliğat aparılıb. Qəzetin baş redaktoru Jörg Billias isə qəzetdə dərc olunan məsələ ilə bağlı bunları deyib: "Almaniyada 24 sentyabrda keçiriləcək parlament seçkilərdən əvvəl yalnız söz dueli müşahidə olunduğu halda türk seçicilərinə qarşı təbliğat kəskin artıb. Bir həftə bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyada yaşayan türkləri mübahisəli prezident üsul idarəsi ilə bağlı razı salmaq üçün Oberhausendə çıxış etdi. Türkiyədə konstitusiya dəyişikliyi baş tutsa parlament zəifləyəcək və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha çox güc əldə edəcək."

Oxunma sayı: 330

Oxşar yazılar