“Oğurladıqlarımızı qaytarıb vermişik” – Gənc qız və dostu əlbir olub ev yardı (Video)

  • 27 Fev - 2017
21 yaşlı Musayeva Cəmilə Nəbi qızı və ondan iki yaş böyük Cavadov Etibar Eynal oğlu oğurluq etdikləri üçün saxlanılıblar. ARB Şimal xəbər verir ki, onlar Xaçmaz şəhər Şıxəli Qurbanov küçəsində yaşayan Əsli Mərdanovanın evini soyublar. Cəmilə və Etibar həmin evdən 15 ədəd stəkan, çaydan, ətçəkən maşın və iki ədəd xalça oğurlayıblar. Cəmilə Musayeva: “2 ədəd xalça, çaydan və bakallar oğurlamışıq. Oğurladıqlarımızı qaytarıb vermişik”. Cinayət əməli törədən gənclər Xaçmaz və Nəsimi rayon polis şöbələrinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində Bakı şəhərində saxlanılıblar. Bu şəxslərin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır. https://www.youtube.com/watch?v=Mo5FAhgsoIE

Oxunma sayı: 231

Oxşar yazılar