Evində silah gizlədən Maştağa sakini saxlanıldı – Foto

  • 24 Fev - 2017
Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. DİN mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fərzəliyev saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

Oxunma sayı: 242

Oxşar yazılar