Türkiyədən Qarabağ bəyanatı : "Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilər tərəfindən keçriləcək "referendum" qanunsuzdur, aprel savaşı sübut etdi ki..."

  • 18 Fev - 2017
Türkiyə  Xarici İşlər Nazirliyi Ermənistanın işğalı altında olan Dağlıq  Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan, qeyri-qanuni "konstitusiya  dəyişikliklərə dair referendumun" nəticələrini tanımayacağı haqda bəyanat yayıb. Avropa.info xəbər verir ki, Türkiyə XİN-dən yayılan yazılı açıqlamada, Dağlıq Qarabağın Ermənistan tərəfindən qanunsuz şəkildə işğal edildiyi, orada keçiriləcək hər hansısa "referendum"un tanınmayacağı bildirilib. "Qanunsuz olan bu "referendum" və nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Bu "referendum" beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu və oxşar hərəkətlər Dağlıq Qarabağ  münaqişəsinin sülh yolu ilə tam həll edilməsinə yönəlmiş səylərə zərər verir. Ölkəmiz  Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması olan bu aksiyanı pisləyir. Qeyri-qanuni  olan "referendum" və nəticələri Türkiyə tərəfindən tanınmayacaqdır. Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın önündəki ən böyük mane olmaqda davam edir. Ötən il apreldə Qarabağda və Azərbaycan-Ermənistan sərhədinin bəzi sahələrində baş verən münaqişə, status-kvonun artıq belə davam edə bilməyəcəyini, bu problemin tez bir zamanda sülh yolu ilə həll olunması lazım olduğunu açıqca ortaya qoydu" deyə bəyanatda qeyd olunur.

Oxunma sayı: 275

Oxşar yazılar