Rəşadət Axundov NİDA-dan getdi

  • 14 Fev - 2017
NİDA vətəndaş hərəkatının tanınmış üzvü Rəşadət Axundov sözügedən təşkilatdan gedib. Avropa.info xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat yayıb. Rəşadət Axundov yaydığı məlumatda qeyd edib ki, son günlər NİDA daxilində baş verənlər onu təəssüfləndirir: “Bundan sonra həm Nida Vətəndaş Hərəkatındakı fəaliyyətimə, həm də ümumiyyətlə bütün ictimai-siyasi işlərə son qoyuram. Artıq bütünlüklə öz sahəm üzrə karyerama davam edəcəm. Sual və ittihamlara gəlincə nəyisə isbat etmək imkanım yoxdur, hamının, xüsusilə yoldaşlarımın, ən yaxın dostlarımın yanında alnım açıq, vicdanım təmizdir. Onlardan gizli heç vaxt heç nəyim olmayıb. Bütün bu illər ərzində nə vicdanıma, nə dostlarıma xəyanət etmişəm, təmizliyimə xələl gətirməmişəm. Tək üzüntüm İlkinsiz içəridən çıxmaq olub. Onun əfvə düşməyəcəyini biləndə onun da çıxması üçün hətta çıxıb AzTV-də təşəkkür edim təklifi etmişəm, öz reputasiyamın üzərindən xətt çəkilməsini gözə alaraq. Amma qəbul etməyiblər. Hamınıza sevgi və hörmətlər. Haqqınızı halal edin”. Qeyd edək ki, Rəşadət Axundov 2016-cı ilin martında ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına əsasən azadlığa çıxmışdı.

Oxunma sayı: 220

Oxşar yazılar