Torpaq sahələri ilə bağlı dəyişiklik – İcra hakimiyyətlərinə səlahiyyət verilir

  • 13 Fev - 2017
Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılır.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək.
Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
APA

Oxunma sayı: 242

Oxşar yazılar