Son dəqiqə: Aleksandr Lapşin qolu qandallı Bakıya gətirildi - Fotolar

  • 07 Fev - 2017
Azərbaycanın tələbi ilə Belarusda saxlanmış bloqqer Aleksandr Lapşin artıq Bakıya gətirildi. Azadinform-un Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olan əməkdaşı xəbər verir ki, A.Lapşini gətirən təyyarə Bakı vaxtı ilə saat 22.40-da yerə enib.  Qeyd edək ki, bloqqeri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları təyyarədən endiriblər. A.Lapşin məhkəmə qarşısına çıxarılması üçün Bakıya ekstradisiya olunub. Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu A.Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A.Lapşin Belarusda saxlanılıb. Belarus Baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb. A.Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb.

Oxunma sayı: 374

Oxşar yazılar