İlham Əliyev nazirləri və icra başçılarını topladı – Fotolar

  • 30 Yan - 2017
Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Sonra iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov, Balıq yemi istehsalı zavodunun direktoru Zaur Salmanov çıxış ediblər. Dövlətimizin başçısı konfransda yekun nitqi söyləyib.

Oxunma sayı: 385

Oxşar yazılar