Təcili: Fransa Konstitusiya Məhkəməsi saxta "erməni soyqırımı" qanununu ləğv etdi - Daha saxta "soyqırım"ı tanımamaq Fransada cinayət hesab edilməyəcək

  • 27 Yan - 2017
Fransa  məhkəməsi  1915 hadisələrinə dair  saxta "erməni soyqırımı" qanununu ləğv edib. Avropa.info xəbər verir ki, Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair  saxta "erməni soyqırımı" qanununu  ləğv etməklə bağlı qərar çıxarıb. Qərara görə, saxta "soyqırım"ın  rədd edilməsinin cinayət sayılması ləğv olunub. Məhkəmənin qərarında deyilir: "Bu qanun  işləndiyi zaman cinayət  tərkibi  təşkil etməyən hadisələr haqqında fikir söyləmək cəza landırmaya yol açır. Eyni zamanda bu qanun  tarixi mübahisələrin qərarlaşdırılmasında lazım olan hadisə və ifadələrin qanuniliyi məsələsində qeyri-müəyyənliyə səbəb olur. Ona görə bu qanun, söz azadlığına lazımsız və nisbətsiz bir təcavüzdür." Qeyd edək ki, bu  qanunun Fransa parlamentində qəbul olunmaası  Türkiyənin ciddi narazılığına səbəb olmuşdu. Fransadakı türk dərnəklərinin müraciətindən sonra, iş  Konstitusiya Məhkəməsinə çıxarılmışdı. Fransada  keçmiş prezident Sarkozinin dövründə qəbul edilən bu qanuna görə, saxta "erməni soyqırımı"nı qəbul etməyən şəxs 1 il müddətinə həbs olunmaqla cəzalandırılırdı. Lakin, Konstitusiya Məhkəməsi bu qərarı ləğv etdi.

Oxunma sayı: 330

Oxşar yazılar