Türkiyədə daha bir terror aktı: İki terrorçu məhv edildi biri axtarılır - Fotolar (Yenilənib)

  • 05 Yan - 2017

Türkiyənin İzmir şəhərində Ədliyyə binasının içində partlayış baş verib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları göndərilib. Ayrı-ayrı vaxtlarda iki partlayış törədilib. Partlamadan sonra binada atışma baş verib. İlkin məlumatlara görə, hadisəni törədən 2 terrorçu öldürülüb, 1 nəfər isə axtarılır. Yayılan ilkin məlumatlarda qeyd olunur ki, 1 polislə bir ədliyyə işçisi ölüb, 6 nəfər isə yaralanıb. Terror aktının bomba yüklü avtomobilin partladılması ilə törədildiyi bildirilir.

Oxunma sayı: 209

Oxşar yazılar