İstanbul terrorunda yaralanan ABŞ vətəndaşı ilə bağlı sensasion iddia - "O, hərbi dəniz donanmasının əsgəridir"

  • 05 Yan - 2017
İstanbulda gecə klubunda baş vermiş terror aktı zamanı yaralanan ABŞ vətəndaşı ilə bağlı maraqlı iddia səslənib. Avropa.info xəbər verir ki, İstanbulda Reina gec əklubundan törədilən terror aktı nəticəsində yaralanan və bir gün sonra ABŞ-a qayıdan Yakob Raakın hərbi dəniz donanmasının əsgəri olduğu bildirilir. İstanbulda baş verən və 39 nəfərin həyatına son qoyan hücum zamanı yaralılar arasında olan ABŞ vətəndaşı hadisədən bir gün sonra ağıllarda sual işarələri qoyaraq ölkəni tərk etmişdi. Hərbi liseydən məzun olduğu iddia olunan Raak hücumdan bir neçə dəqiqə sonra gələn təcili yardıma mindirildiyi zaman jurnalistlərin fotoaparatına tuş gəlmişdi. Həmin anlarla bağlı böyük soyuqqanlılıqla açıqlama verən Raakın özünü rahat aparması diqqətdən yayınmamışdı. Gözləri qarşısında onlarla insanın həlak olduğu ABŞ vətəndaşı hadisə haqda sakit bir şəkildə açıqlama verirdi.

Oxunma sayı: 198

Oxşar yazılar