Fransa Kosovonun sabiq nazirini həbs etdi – O, müharibə cinayətlərində ittiham olunur

  • 05 Yan - 2017
Fransa polisi Kosovanın sabiq baş naziri Ramuş Xaradinayı həbs edib. Avropa.info xəbər verir ki, sabiq nazirin həbsi haqda Serbiya məhkəməsi order verib. Hal-hazırda Kosova ümxalifətinə başçılıq edən naziri Fransanın şərqində aeroportda saxlayıblar. Hələ məlum deyil ki, fransızlar onu Serbiyaya təhvil verəcək ya yox. Xaradinay hərbi cinayətlərdə ittiham olunur. Kosovo hakimiyyəti baş verən hadisəni qəbuledilməz adlandırıb. Kosovo XİN-i deyib ki, sabiq nazirin azad olunması üzərində işləyirlər. Qedy edək ki, Xaradinayı 2015-ci ildə Sloveniya polisi də həbs etmişdi.

Oxunma sayı: 209

Oxşar yazılar