Prezidentin impiçment məhkəməsi başlayır

  • 05 Yan - 2017
Cənubi Koreyanın Konstitusiya məhkəməsi ölkə prezidenti Pak Kın Xenin impiçmenti işinə baxmağa başlayıb. Avropa.info xəbər verir ki, ilk dinləmədə Pak Kın Xe özü iştirak etməyib. Prezident məhkəmə iclaslarına gəlmədiyindən Konstitusiya məhkəməsi buna onun iştirakı olmadan baxmaq qərarı verib. Koreya prezidentinin impiçmentinə gətirən səbəb rəfiqəsi Soy Sun Silin ətrafında baş verən siyasi və korrupsiya qalmaqalı olub. O, heç bir dövlət vəzifəsi tutmadığı halda prezidentin siyasi qərarlarına təsir göstərib. Həmçinin ölkə şirkətlərindən rüşvət tələb edib. Soy Sun Sil və prezident administrasiyasının iki üzvü həbs olunsa da, ölkə parlamenti prezidentin impiçmentinə səs verib.

Oxunma sayı: 165

Oxşar yazılar