Tramp teleşou iştirakçısına Ağ Evdə vəzifə verəcək

  • 05 Yan - 2017
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sabiq teleşou iştirakçısına Ağ Evdə vəzifə təklif etmək fikrindədir. Avropa.info xəbər verir ki, bu şounun aparıcısı vaxtilə Donald Trampın özü olub. Omarosa Maniqol adlı xanımın vəzifəsini administrasiyanın işlərini ictimaiyyətlə əlaqələndirməkdir. Lakin onun konkret hansı vəzifə tutacağı barədə məlumat verilmir. Maniqol Trampın seçki kampaniyasının aktiv iştirakçısı olub. Bundan əlavə o demokrat prezident Bill Klintonun aparatında personal seçimi üzrə vəzifə tutub, Ticarət Nazirliyinin əməkdaşı, vitse-prezident Albert Qorun assistenti olub. 2004-cü ildə efirə gedən şouda Tramp şou aparıcısı kimi onu proqramdan “qovmuş”du. Proyektin yenidən efirə qayıtmasından sonra o efirə qayıtsa da, yenə iki dəfə “qovulub”. “Usta” realiti şousu ilk dəfə 2004-cü ildə NBC telekanalında efirə gedib. Şounun iştirakçıları Trampın müavini olmaq uğrunda yarışıblar. Şounun qalibi Trampın şirkətlərindən birini idarə etmək hüququ və 250 min dollarlıq iş imkanı qazanırdı. Şou 2015-ci ildə seçkilər üzündən qapadılsa da, 2017-ci ilin 2 yanvarından yenidən efirə gedib. Bu dəfə şounun aparıcısı keçmiş Kaliforniya qubernatoru Arnold Şvartsneqerdir.

Oxunma sayı: 198

Oxşar yazılar