Ermənilərin yeni təlxəyi – Rusiyalı "iblis" Bakını saymır

  • 05 Yan - 2017
Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski RUSARMİNFO-ya müsahibəsində Ermənistanla Rusiya arasında 2016-cı ildəki münasibətlərin səviyyəsini qiymətləndirib və bu zaman özünün Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə rəsmi Bakının icazəsi olmadan həyata keçirdiyi səfərini xüsusi qeyd edib və məntiqsiz fikirlə çıxış edib. O, Dağlıq Qarabağı həm Azərbaycanın ərazisi saydığını deyib, həm də onu müstəqil dövlət kimi qələmə verib: "Ermənistan-Rusiya münasibətləri 2016-cı ildə mənim Dağlıq Qarabağa səfər etməyim miqyasında yaxşılaşıb. Səfər onu göstərir ki, Dağlıq Qarabağın həqiqətdə necə olduğuna baxan daha bir şəxs artdı. Bu səfərdən sonra Azərbaycan mənim üçün təəccüblü və qəribə fəallıq göstərərək adımı dərhal XİN-in "qara siyahı"sına saldı. Bu çox gülünc idi. Qarabağı Çin velosipedçilərindən tutmuş Avropa Parlamentinin deputatlarınadək çoxlu sayda insan ziyarət edir. Qorxuram ki, vaxt keçdikcə Bakının siyahısı yeni adlarla o qədər dolacaq ki, onları saymaq mümkün olmayacaq. Mən Qarabağa səfərimə görə azca da olsa, təəssüflənmirəm. Mənə buna görə kimin nə deyəcəyi maraqlı deyil. Azərbaycanı ziyarət etməyə görə Bakıdan üzr istəmək gülünc prosedurdur. Onsuz da ən yaxşı Azərbaycan restoranları Moskvada yerləşir. Mən müstəqil ərazi vahidi olan və beləcə də qalacaq Dağlıq Qarabağa səfərimə görə üzr istəməyəcəm". Qeyd edək ki, Y.Satanovski şərqşünas və iqtisadçı, İsrail, Yaxın və Orta Şərq üzrə tanınmış ekspertlərdən hesab olunur. Özünü "rus yəhudisi" adlandıran Satanovski vaxtilə Rusiya Yəhudi Konqresinin də prezidenti olub. Lakin bu şəxsə nə Rusiya cəmiyyətində, nə İsraildə münasibət birmənalı deyil. Rusiyada onu daha çox "iblis" ləqəbi ilə tanıyırlar. Rusiyanın tanınmış jurnalisti və teleaparıcısı, ictimai xadim Maksim Şevçenko isə Satanovski haqqında fikir söyləyərkən onu faşist, millətçi, əclaf, alçaq, casus adlandırıb. Satanovski bir neçə ay əvvəl Azərbaycan mediasına açıqlamasında Qarabağın Azərbaycandan ayrıldığını və bir daha heç vaxt onun tərkibinə qayıtmayacağını demişdi. Amma "iblis"in budəfəki sarsaqlığı ondadır ki, o, Dağlıq Qarabağı həm Azərbaycanın tərkib hissəsi, həm də müstəqil ərazi hesab edir. Bu isə onun nə dərəcədə "güclü ekspert" olduğunu bir daha göstərir. Belə "iblis"lərə tapınan ermənilər isə bir müddət dünyanı yolundan azdıra bilərlər, amma haqqa söykənən Azərbaycana üstün gələ bilməyəcəklər. Milli.Az

Oxunma sayı: 374

Oxşar yazılar