Son dəqiqə: Polis "Doğan" Şirkətlər Qrupunun mərkəzi ofisində axtarış aparır - Səbəb

  • 05 Yan - 2017
İstanbul polis idarəsinin əməkdaşları Doğan Şirkətlər Qrupunun İstanbulun Üsküdar bölgəsində yerləşən mərkəzi binasında axtarış aparır. Avropa.info xəbər verir ki, İstanbul polisi bu gün səhər tezdən Doğan Şirkətlər Qrupunun mərkəzi ofisinə gələrək orada axtarışa başlayıb. Polisin holdinqin binasında axtarış aparmasının səbəbinin isə şirkətlər qrupunun həbs olunan Ankara nümayəndəsi Barbaros Muratoğlu ilə bağlı aparılan istintaq ilə bağlı olduğu iddia olunur. Qeyd edək ki, Doğan Şirkətlər Qrupu Türkiyədə xüsusilə media və energetika sahəsində geniş əhatə dairəsinə malik və “Kanal D”, “CNN Türk” və “Hürriyet” kimi bir çox tanınmış kütləvi informasiya vasitələrinin daxil olduğu bir holdinqdir.

Oxunma sayı: 220

Oxşar yazılar