İstanbulda atışma - Yaralananlar var (Yenilənib)

  • 04 Yan - 2017
İstanbulun Fatih rayonundakı restoranda baş vermiş atışmada yaralananların kimliyi məlum olub. "Report" xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.  Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində restoranın sahibi və universitetlərdən birinin professoru yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Cinayətkar hadisə yerindən qaçıb. Məlumata görə, o, tək olub. Polis faktla bağlı araşdırma aparır. *** İstanbuldakı restoranlardan birində atışma baş verib. "Report" xəbər verir ki, "Əl-Ərəbiyyə" telekanalı məlumat verib. Məlumata görə, hadisə Fatih rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, hadisə zamanı bir neçə nəfər yaralanıb. Silahlı insidentin təfərrüatları ilə bağlı ətraflı məlumat verilmir. Hadisə ilə bağlı təhqiqat aparılır.

Oxunma sayı: 297

Oxşar yazılar