MHP-də şok istefa iddiası - Baxçəlinin ən yaxın silahdaşının partiyadan getdiyi bildirilir

  • 04 Yan - 2017
MHP-nin sədr müavini və İstanbul millət vəkili Atilla Qayanın partiyadan istefa verdiyi iddia edilir. Avropa.info xəbər verir ki, belə bir iddia ilə MHP-dəki müxalif qanadı dəstəkləyən "Yeniçağ" qəzeti çıxış edib. İddiaya görə, Atilla Qaya konsitutsiya dəyişikliklərinə etiraz etdiyi və partiya sədri Dövlət Baxçəlinin bu dəyişiklikləri dəstəklədiyi üçün istefa verib. MHP-dən hələlik məsələylə bağlı açıqlama verilməyib. Qeyd edək ki, Atilla Qaya Baxçəlinin ən yaxın silahdaşlarından hesab olunur.  

Oxunma sayı: 198

Oxşar yazılar