Osmanlı sultanı Əbdülhəmidin nəvəsi Türkiyə üçün nazirlər yetişdirəcək

  • 04 Yan - 2017
Osmanlı sultanı  ikinci Əbdülhəmidin nəvəsi Nilhan Osmanoğlu, "Rəhbərlik Məktəbləri" açaraq gələcəyin dövlət adamlarını hazırlayacaqlarını açıqlayıb. Avropa.info xəbər verir ki, Osmanoğlu Türkiyədə tətbiq olunacaq layihədə şəxsən özünün də iştirak edəcəyini qeyd edərək, müxtəlif müəllimlərlə görüşdüklərini deyib. Məktəblərin Türkiyə prezident administrasiyasının nəzdində fəaliyyət göstərməsi planlaşdırılır. Nilhan Osmanoğlu ailələrindən bir  nəfərin siyasətə atılacağı qərarında da prezidenti Ərdoğanın təsirinin böyük olduğunu bildirib. "Prezidentimiz  üçün danışılan hekayələri biz bilirik. 17 yaşında belə bir ideologiya sahibi idi. Dolayısı ilə düşünürük  ki, uşaqları öncədə dövlət işlərinə hazırlamaq lazımdır. Osmanlıda da belə olub. Bizim itirdiyimiz dəyərlərdən biri də budur. İndiki təhsil sistemi ilə dövlət xadimi yetişdirmək  imkanı yoxdur" deyə Osmanoğlu qeyd edib.

Oxunma sayı: 198

Oxşar yazılar