İsrail səfiri Azərbaycana təşəkkür etdi

  • 29 Dek - 2016
İsrailin Azərbaycandakı səfiri Dan Stav Fövqəladə Hallar Nazirliyində olub. İsrailin Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, görüşdə fövqəladə hallar nazirin müavini Etibar Mirzəyev, Böhran Mərkəzinin direktoru Adil Abdullayev, Aviasiya qrupunun başçısı Əşrəf Qasımov və qrupun digər üzvləri iştirak ediblər. D.Stav bir ay əvvəl İsraildə baş vermiş yanğınlar zamanı Azərbaycanın İsrailə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib: "Bu cür yardım hər iki dövlət arasındakı güclü həmkarlığın göstəricisidir". Səfir həmçinin bir neçə gün əvvəl insan tələfatına səbəb olan neft platformasında baş vermiş faciə ilə bağlı da başsağlığı verib. Hər iki tərəf fövqəladə vəziyyətin idarə olunması ilə bağlı əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Report

Oxunma sayı: 297

Oxşar yazılar