Körpüdə maşın aşdı: Prospekt bağlandı – Foto

  • 29 Dek - 2016
Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsi və əks istiqamətdə 3-4 km uzunluğunda sıxlıq yaranıb. Avropa.info media24.az-a istinadən xəbər verir ki, prospektin “Koroğlu” metrostansiyası istiqamətində, Karl Marks kimi tanınan ərazidə, körpünün üzərində qəza baş verib. Nəticədə o istiqamətdə böyük tıxac yaranıb. Qəzanın necə baş verdiyi məlum olmasa da minik avtomobili körpünün üzərində aşıb. Ehtimal olunur ki, başqa bir avtomobillə toqquşduqdan sonra sürücü idarəetməni itirərək maşını aşırıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Əks istiqamətdə də tıxac var. Əks istiqamətdə hərəkətdə olan sürücülərin qəza baş verdiyi əraziyə çatdıqda sürəti azaldaraq qəzaya tamaşa etmələri böyük tıxaca səbəb olub.

Oxunma sayı: 198

Oxşar yazılar