Bakının daha bir yolu tıxacdan qurtulur – Foto

  • 29 Dek - 2016
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazisində yeni dayanacaq məntəqələrinin və nişanlarının qoyulması, yol kənarında sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacağa daxil olması üçün ciblərin yaradılması istiqamətində işlərini davam etdirir. BNA-dan Avropa.info-ya verilən məlumata görə, növbəti belə dayanacaq cibi Zabrat-Maştağa avtomobil yolunun "Sabunçu körpüsü"ndən düşən hissəsində Agentliyin təşəbbüsü ilə "Azəravtoyol" ASC tərəfindən inşa edilən yerüstü piyada keçidinin yanında salınıb. Bununla da həmin ərazidə sərnişin avtobuslarının digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmadan dayanacaq məntəqəsinə rahat giriş-çıxışı təmin ediləcək. Bakının daha bir yolu tıxacdan qurtulur - FOTO Bakının daha bir yolu tıxacdan qurtulur - FOTO

Oxunma sayı: 198

Oxşar yazılar