Qətlə yetirilən məmur qatilin arvadı ilə evlənəcəkmiş... – Qətlin təfərrüatı

  • 29 Dek - 2016
Ötən gün Ağdaş rayonunda qətlə yetirilən “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevin öldürülməsinin səbəbləri məlum olub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E. Babayevin həyat yoldaşı vəfat etdiyinə görə o, ikinci dəfə ailə həyatı qurmaq istəyib. Ailə qurmaq istədiyi şəxs isə onu qətlə yetirən Pərviz İsmayılovun həyat yoldaşı olub. Qeyd edək ki, Pərviz İsmayılovla həyat yoldaşı arasında dəfələrlə münaqişə olub. Sonuncu münaqişə zamanı isə həyat yoldaşı evdən gedib. Onların boşanma ərəfəsində olduğu bildirilir. Xatırladaq ki, hadisə dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində baş verib. Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə həmyerlisi 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.

Oxunma sayı: 198

Oxşar yazılar