İcbari tibbi sığorta: sənədlər təsdiqləndi

  • 29 Dek - 2016
Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi sahəsində əlavə tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, dekabrın 28-də imzalanan fərmanla pilot layihə və pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı; icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri; icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri; İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumların həyata keçirməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı təsdiqlənib. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın maliyyələşmə mənbələri ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində prezidentə təqdim etməlidir. Bu quruma icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətləri göstərəcək tibb müəssisələrini seçmək və onlarla müqavilə bağlamaq da həvalə olunub.

Oxunma sayı: 165

Oxşar yazılar