"Turan Mübarizi" kitabının təqdimatı keçirildi – Foto/Video

  • 29 Dek - 2016
Dünən akademik Yəhya Yusif Canıyarın müəllifi olduğu Milli Qəhrəman Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr edilmiş “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib.  Azərbaycan Dillər Univerisitetinin Akt zalında keçirilən tədbirdə alimlər, dövlət adamları, ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, media işciləri və tələbələr iştitak ediblər. Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə əvvəlcə müəllifin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filim nümayiş etdirilib. Ardınca çıxış üçün qonaqlara söz verilib. Çıxışçılardan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev qəhrəmanlığın fəlsəfi mahiyyətindən danışaraq, qəhrəmanlarımızın qəhrəmanlıqlarını cəmiyyətə və gələcək nəsillərə çatdırmağın vacibliyi və millətin gələcəyində oynadığı roldan danışıb. Millət vəkili müəllifin əməyini yüksək qiymətləndirərək, ondan bu cür əsərlərin gözlənildiyini bildirib. Millət vəkilindən sonra çıxışçılardan professor Rafiq Əliyev müəllifin vətənpərvər fəaliyyətindən və əsərin dolğunluğundan danışdı. Digər çıxışçılardan unverisitetin rəhbərliyi, Azərbaycanda Rus İcmasının nümayəndəsi, media və incəsənət nümayəndələri isə öz çıxışlarında əsərin 22 dilə tərcümə olunması, film üçün ssenariləşdirilməsi və s. kimi müxtəlif təkliflər irəli sürdülər. Filmin çəkilişi üçün isə tədbirdə iştirak edən kinorejissor Oqtay Mirqasımova müraciət edildi. Verilmiş təkliflər üzərində işlərin aparılacağı barədə ilkin razılıqlar da oldu. Rəsmi hissəsindən sonra, tədbirin bədii hissəsində xalq artisti Niyaməddin Musayevin ifasında vətənpərvər mahnılar səsləndirildi və “Turan Mübarizi” kitabının motivləri əsasında tələbələrin hazırladığı tamaşa nümayiş olundu. Sonda çıxış edən müəllif, tədbirin təşkilatçılarına və bütün qonaqlara təşəkkürünü bildirdi. O, deputat Fərəc Quliyevə xüsusi təşəkkür edərək, onun vətənə xidmətin qarşılıqsızlığı nümunəsi kimi milli qəhrəman adından imtina etməsini diqqətə çatdıraraq, onun tədbirdə iştirakının simvolik mənasının olduğunu bildirdi. Tədbirdən fotoları və Fərəc Quliyevin çıxışının videosunu təqdim edirik: [gallery columns="1" size="full" ids="137517,137518,137519,137521,137522,137523,137524,137525,137526,137527"] https://www.youtube.com/watch?v=XHmsuWbCT4A

Oxunma sayı: 165

Oxşar yazılar