Yeni ildə Əfv olacaqmı? – Rəsmi açıqlama

  • 28 Dek - 2016
"Əfv sərəncamı bir başa Prezidentin səlahiyyətində olan məsələdir."
Bunu Aznews.az-a açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Əfv sərəncamının nə zaman imzalanmasını ancaq Prezident özü müəyyənləşdirir: "2016-cı ilin əvvəlində Əfv sərəncamı və ortalarında isə amnistiya aktı imzalanıb. Ona görə güman etmirəm ki, Əfv sərəncamı olacaq." Əliməmməd Nuriyev qeyd edib ki, Əfv Komissiyası daima işləyən bir qurumdur: "Quruma hər gün müraciətlər daxil olur, araşdırılır və baxılması üçün aidiyyatı qurumlara göndərilir."

Oxunma sayı: 231

Oxşar yazılar