Milli Məclis Astan Şahverdiyevi cəzalandırdı

  • 27 Dek - 2016
Bu gün saat 13:00-da Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
Bu barədə AzNews.az-a İntizam Komissiyasının sədri, millət vəkili Ağacan Abiyev məlumat verib. A.Abiyevin sözlərinə görə, həmin iclasda deputat Astan Şahverdiyevin özü də iştirak edib: "İclasda Astan Şahverdiyevin dekabrın 24-də “Azadlıq radiosu”-na verdiyi açıqlama müzakirə olundu. Qərara alındı ki, o, etdiyi təhqirə görə Azərbaycan xalqından üzr istəsin. Səhvini böynuna aldı." Deputat Astan Şahverdiyevin iclasda çıxışından da danışdı: "Astan müəllim dedi ki, "Rusiyada yaşamışam və orada böyük hörmətim var. Mənim xalqıma hörmətim var." Onun bütün çıxışı qeyd olunub və sabah mediyada yayımlanacaq." A.Abiyev onu da qeyd edib ki, Astan Şahverdiyevə başqa cəza verilməyib.

Oxunma sayı: 209

Oxşar yazılar